İşğalçı Ermənistan ordusu yenidən atəşkəs rejimini pozdu

İşğalçı Ermənistan ordusu yenidən atəşkəs rejimini pozdu

16 May 2012 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 15-də saat 21.25-dən 21.35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqeləri, saat 16.30-dan 16.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.05-dən 22.15-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, - saat 09.55-dən 10.00-dək, 12.55-dən 13.00-dək və mayın 16-da 00.40-dan 00.50-dək Fizuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 04.23-dən 04.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.