
Mirşahin Ağayev dünən qız atası oldu
Tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ata olub. Publika.az-ın məlumatına görə, M.Ağayevin xanımı, ANS-in "İç xəbər" proqramının aparıcısı Səbinə Heydərovanın mayın 14-nə keçən gecə "Neftçilər" Xəstəxanasında dünyaya gətirdiyi körpə qız uşağıdır.
3 kq 400 qram çəkisi olan körpə "keysəriyyə əməliyyatı" ilə dünyaya gəlib. Valideynlər körpəyə hələ ad verməyiblər.
Qeyd edək ki, Mirşahin Ağayevlə Səbinə Heydərova 2011-ci ilin avqustunda ailə qurublar.
O.M.
Digər xəbərlər