
Zaqatalada daha iki zəlzələ oldu
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 13 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 02:10-da Zaqatala rayonundan 11 km cənub-şərqdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4,5 bal olmuşdur. Episentr ətrafı ərazilərdə 4-3,5 bala qədər hiss olunmuşdur.
Mərkəzdən daxil olmuş digər məlumata görə, 12 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 23:00-da Zaqatala rayonundan 14 km cənub-şərqdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 4 bal olmuşdur. Episentr ətrafı ərazilərdə 3 bala qədər hiss olunmuşdur.
Hər iki halda insan tələfatı və tikililərdə dağıntılar yoxdur.
O.M.
Digər xəbərlər