Sumqayıt stansiyası adlı ərazidə itkin düşən 10 yaşlı Davudov Yusif Bəhlul oğlunun axtarışları  davam edir

Sumqayıt stansiyası adlı ərazidə itkin düşən 10 yaşlı Davudov Yusif Bəhlul oğlunun axtarışları davam edir

3 Sentyabr 2020 09:26
Bəyəndim (1) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dünən axşam saatlarında Sumqayıt şəhəri, Sumqayıt stansiyası adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Oxuməni.az xəbər verir ki, ilkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Rüfət

Oxuməni.az