İndoneziyada mutasiyaya uğrayan COVID-19 aşkarlandı

İndoneziyada mutasiyaya uğrayan COVID-19 aşkarlandı

31 Avqust 2020 21:19
Bəyəndim (2) Bəyənmədim (0)

İndoneziya həkimləri digər ştamlar ilə müqayisədə daha çox yoluxucu hesab edilən mutasiyaya uğrayan koronavirus D614G-nı aşkar ediblər.

Oxuməni.az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, D614G adlı virusun mutasiyaya uğramış versiyası daha yoluxucu olsa da, xəstəlik yüngül keçirilir.

Malayziya səhiyyəsinin baş direktoru Nur Hişam Abdulla hesab edir ki, aşkar edilmiş D614G adlı virusun mutasiyaya uğramış versiyası əvvəllər aşkar edilmişlərindən 10 dəfə qorxuludur. İndoneziya Universitetinin epidemioloqları hesab edirlər ki, ölkədə vəziyyət nəzarətdən çıxıb, ilin sonuna isə xəstəlik hallarının sayı 500 minə qədər arta bilər.

Oxuməni.az

.