Perm sakini lotereyada yarım milyard rubl udub

Perm sakini lotereyada yarım milyard rubl udub

31 Avqust 2020 11:41
Bəyəndim (3) Bəyənmədim (0)

Avqustun 30-da Perm sakini multimilyonçu olub.

Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, o, "Gosloto "superprizində qalib gələrək- 545 947 491 rubl qazanıb.

Qeyd edildiyi kimi, bu, "Gosloto" lotereyalarının tarixində rekord qazancdır.

Bu ilin yanvar ayının 1-də isə Moskva sakini "Rus lotosu" tarixində 1 milyard rubl qazanmışdı. Sonradan məlum olub ki, milyarder Moskva yaxınlığındakı sakin Nadejda Bartoşdur.

Oxuməni.az