Tramp Texas, Luiziana, Missisipi və Puerto-Rikoda  fövqəladə vəziyyət elan edib

Tramp Texas, Luiziana, Missisipi və Puerto-Rikoda fövqəladə vəziyyət elan edib

25 Avqust 2020 11:12
Bəyəndim (4) Bəyənmədim (0)

“Marko” tropik fırtınası ABŞ-ın Luiziana ştatına çatıb və nisbətən zəifləyib. Bu barədə ABŞ Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, “Marko” fırtınasının küləyinin sürəti saniyədə 18,05 metrədək azalıb. Fırtına 3,6 metr/saniyə sürətlə şimal-qərbə doğru irəliləyir.

ABŞ Prezidenti Donald Tramp Texas, Luiziana və Missisipi ştatlarında, habelə Puerto-Rikoda fövqəladə vəziyyət elan edib. Bu, ABŞ administrasiyasına fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yerli hökumət orqanlarına federal yardım ayırmağa imkan yaradacaq.

Atlantik okeanda qasırğa mövsümü iyunun əvvəlindən noyabrın sonunadək davam edir.

Oxuməni.az