Rusiya müxalifətinin lideri Aleksey Navalnını zəhərləyiblər

Rusiya müxalifətinin lideri Aleksey Navalnını zəhərləyiblər

20 Avqust 2020 09:33
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

Oxuməni.az-ın xəbərinə görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter”də bildirib.

Mətbuat katibinin sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.

K. Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.

O vurğulayıb ki, A. Navalnı səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib.

Oxuməni.az