Rusiya generalı Suriyada partlayış zamanı həlak olub

Rusiya generalı Suriyada partlayış zamanı həlak olub

19 Avqust 2020 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada baş verən partlayış nəticəsində Rusiya ordusunun böıgədəki baş məsləhətçisi general-mayor həlak olub, iki nəfər isə yaralanıb.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Partlayış nəticəsində üç rusiyalı hərbçi yaralanıb. Xəsarət alanların evakuasiyası və tibbi yardım göstərilməsi zamanı general-mayor rütbəsində olan Rusiya baş hərbi müşaviri həlak olub",- deyə məlumatda qeyd olunur. Məlumatda generalın adı və kimliyi barədə heç nə deyilmir.

Faciə, Rusiyanın avtomobil kolonunun humanitar aksiya həyata keçirdikdən sonra geri qayıtması zamanı baş verib. Əldəqayırma partlayıcı qurğu avtomobil kolonunun yanında işə düşüb. Faciə baş verən yer Deyr-əz-Zor şəhərindən 15 km məsafədə yerləşir.

Oxuməni.az