
İşğalçı erməni ordusu atəşkəs rejimini pozmaqda davam edir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 3-də saat 12.10-dan 12.20-dək və 23.30-dan 23.50-dək Tərtər rayonunun Çaylı, Nəmirli və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 13.15-dək və 13.00-dan 13.15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.40-dək və mayın 4-də 00.30-dan 00.40-dək Ağdam rayonunun Şıxlar və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər