Balaş Azəroğlu dünyasını dəyişib

Balaş Azəroğlu dünyasını dəyişib

25 Aprel 2011 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq şairi Balaş Azəroğlu ötən gün günorta saatlarında 90 yaşında dünyasını dəyişib.


Şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Abizadə Balaş Allahbaxış oğlu 1921-ci ildə Bakı şəhərində anadan olub. İlk mətbu şeiri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxıb.


Balaş Azəroğlu 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüyündən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur və Azərbaycan ziddi-faşist cəmiyyətinin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif olunur.


Allah rəhmət eləsin!..


Elvin Babayev


O.M.