Bakı Şəhər Prokurorluğu istintaq sirrinin yayılması ilə bağlı fikirlərə münasibət bildirdi

Bakı Şəhər Prokurorluğu istintaq sirrinin yayılması ilə bağlı fikirlərə münasibət bildirdi

1 May 2012 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, Bakı Şəhər Prokurorluğunun 26 aprel 2012-ci il tarixli rəsmi məlumatından sonra "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova, nümayəndəsi-vəkil İsmayılov Adil Əlviz oğlu ilə birlikdə müxtəlif kütləvi informasiya vasitələrində çıxışlar edərək, Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən guya onun və şəhər prokurorluğunun sonuncu rəsmi məlumatında adları sadalanmış bəzi şəxslərin şəxsi və ailə sirri olan informasiyanın yayılması, onun dindirilməsini xahiş etdiyi şəxslərin ifadələrinin alınmaması barədə əsassız bəyanatlar veriblər.
Bakı Şəhər Prokurorluğu həmin informasiyaları təkzib edərək, bir daha bildirir ki, bəyanatlarda qeyd olunduğu kimi, şəhər prokurorluğunun rəsmi məlumatında Xədicə İsmayılovanın şikayət ərizəsi əsasında başlanılmış və hazırda istintaq edilən cinayət işinin istintaqının gedişatı ilə bağlı ictimaiyyətə istintaq sirri hesab olunmayan məlumatlar verilib, məlumatda hər hansı bir şəxsin şəxsi və ailə sirri hesab olunan informasiya əks etdirilməyib. Həmçinin X.İsmayılovanın əlavə şəxslərin dindirilməsi barədə istintaqa verdiyi vəsatətləri təmin edilib, bu barədə onun özü və nümayəndəsi məlumatlandırılıblar. Şəhər prokurorluğunun rəsmi məlumatlarında qanunvericiliyin müvafiq müddəalarına tam əməl olunmaqla heç bir qanun pozuntusuna yol verilməyib.

O.M.