Özbəkistanda Azərbaycan gəncləri günləri keçiriləcək

Özbəkistanda Azərbaycan gəncləri günləri keçiriləcək

25 Aprel 2011 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanda Azərbaycan Gəncləri Günlərinə start verilir


25 aprel tarixindən Azərbaycan nümayəndə heyəti gənclərimizin günlərini qeyd etmək üçün Özbəkistana yollanır.

Qeyd edək ki, bu səfər artıq 10 yaşını qeyd edən Özbəkistanın tanınmış "Kamolot" İctimai Hərəkatı Şurasının dəvətinə əsasən gerçəkləşib.

Azərbaycan Gəncləri Günləri çərçivəsində bir sıra tədbirlərin, eləcə də yaradıcı gənclərin iştirakı ilə konsert proqramının, gənc rəssamların əsərlərindən ibarət sərgi və moda nümayişinin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 21 nəfərlik nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, tədbir 28 aprel tarixinədək davam edəcək.

Əkələrin bizim gənclərdən öyrəniləsi çox şeyləri var...


Elvin Babayev


O.M.