Sel 5 uşağı qoynuna alıb

Sel 5 uşağı qoynuna alıb

25 Aprel 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın 26 kəndində baş verən təbii fəlakət 5 uşağın selə düşməsi ilə nəticələnib. Selə düşmüş 5 uşaqdan 3-nün cəsədi tapılıb, 2 uşağın isə axtarışı davam etdirilir.


Ölkə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ölən uşaqların yaşları 5 ilə 9 arasında imiş. Selə təslim olmuş kəndlərə kiçik qayıqlarla kömək aparılır.


Kəndlərin səlahiyyətli şəxslərinin sözlərinə görə, yerli əhaliyə dəymiş bütün ziyan hesablanıb tam şəkildə ödəniləcək.


Dərd gələndə batmanla gəlir, çıxanda misqalla...


Hafiz Əhmədov


O.M.