İndoneziyada zəlzələ baş verib
Səhər saatlarında məlumat verdiyimiz kimi bu gecə İndoneziyada 6.2 bal gücündə zəlzələ olub. ABŞ seysmoloqlarının verdiyi məlumata görə, zəlzələ Sulavesi adasından 75 km cənubda qeydə alınıb.
İndoneziya Meteoroloji və Geofizika institutunun seysmoloqları isə zəlzələnin 6 bal gücündə olduğunu və episentrin Kendari şəhərindən 55 kilometr uzaqlıqda olduğunu bildiriblər. Kendari şəhərində zəlzələdən sonra kiçik təkanlar da qeydə alınıb.
İndoneziya rəsmiləri dağıntılar və insan itkiləri barədə rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, İndoneziya dünyanın ən seysmik zonalarından biridir və hər il burada 4 baldan yüksək mindən çox zəlzələ qeydə alınır.
Sonuncu zəlzələ ABŞ seysmoloqlarını da silkələdi...
Elvin Babayev
O.M.
Digər xəbərlər