Suriyada vətəndaş müharibəsi başladı

Suriyada vətəndaş müharibəsi başladı

23 Aprel 2011 17:56
Bəyəndim (0) Bəyənmədim (0)
Dəfn mərasimində qırğın törədildi

Reutersin yaydığı ən son məlumata görə, bu gün səhər saatlarında Suriyanın cənubundakı İzra şəhərində öldürülmüş müxalifətçilərin dəfn mərasimi zamanı ordu izdihama atəş açdı. 12 dəfn korteji bir yerə toplanınca, "Bəşər əl Əsəd, sən xainsən! Bəşərsiz Suriyaya eşq olsun" kimi şüarlar səsləndikcə və kənardan insanlar onlara qoşulduqca ordu silaha əl atdı. Şahidlərin ifadəsinə görə, insidentdə ən az 3 nəfər yaralandı.


"Məqsəd yasa gələnlərin sayının artmasının qarşısını almaq idi. Belə ki, hər kəs kütləvi dəfn və anım mərasiminə gəlməkdədir", - deyə yerli hüquq mühafizəçiləri məlumat verirlər.


Buna etiraz olaraq 10 minlərlə Suriyalı hal-hazırda paytaxtın mərkəzi meydanına toplaşmaqdadır. Onlar prezident Bəşər Əsədin təcili surətdə istefasını tələb edirlər.


Bu arada ABŞ prezidenti son çıxışında məlum hadisələri kəskin tənqid etmiş, Bəşər Əsədin İranın köməyi ilə üsyanı yatırmağa çalışmasını qınamışdır.


Fransa Xarici İşlər Nazirliyi isə Suriyadakı hadisələrdən narahat olduğunu bəyan etmişdir.


Xatırladaq ki, dünəndən etibarən bütün Suriyanı etiraz dalğaları bürüyüb. Hüquq mühafizəçilərinin sözlərinə görə, ordunun dinc nümayişçilərə açdığı atəş nəticəsində 300-dən artıq vətəndaş ölüb.


Rəsmi Suriyanın dövlət televiziyası vasitəsilə yaydığı məlumatlarda isə 8 nəfərin öldüyü və 28 adamın yaralandığı bildirilir.


Vəzifə elə şirin şeydir ki, heç qan da onun dadını korlaya bilməz...


Natiq Qocaman


O.M.