Mübarəkin həbs müddəti uzadılıb
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin həbs müddəti uzadılıb. Misirin "Məna" xəbər agentliyinin verdiyi məlumata görə, baş prokuror Əbdülməcid Mahmud hökumətə qarşı mitinqlərdə güc tətbiq etmək, rüşvət almaq, dövlət əmlakını mənimsəmək və başqa günahlara görə Mübarəkin həbs müddətini daha 15 gün uzadıb.
Qeyd edək ki, Mübarək iki oğlu ilə birlikdə 13 apreldə həbs olunmuşdu. Həbs zamanı onun vəziyyəti pisləşmiş və o, Şarm əl Şeyx xəstəxanasına aparılmışdı.
Özü yıxılan ağlamaz...
Elvin Babayev
O.M.
Digər xəbərlər