Liviya iqtidarı itkilər verib
NATO-nun komandanlığı altında koalisiya qüvvələrinin hava zərbələri Müəmmar Qəddafiyə sadiq qüvvələrin hərbi potensialını 30-40 faiz azaldıb.
"Lenta.ru" saytının yaydığı məlumata görə, bəyanatı Bağdad
yaxınlığında ABŞ-ın hərbi bazalarına səfəri zamanı Birləşmiş Qərargahlar
Komitəsinin rəisi, admiral Mayk Mallen verib. Mallen bildirib ki, burada söhbət
yalnız quru qüvvələrindən gedir. O, Müəmmar Qəddafi tərəfdarlarının itkilər
verməkdə davam edəcəyini də açıqlayıb.
Bundan başqa o, "Əl-Qaidə" terror təşkilatına qarşı da əməliyyatların keçirildiyini və uğurlu nəticələr əldə edildiyini deyib.
Qeyd edək ki, NATO komandanlığı aprelin əvvəllərində Liviyanın üçüncü hərbi
potensialının məhv edildiyini açıqlamışdı. Söhbət təkcə hərbi birləşmələrdən
deyil, həm də hərbi infrastrukturun məhvindən, Hərbi Hava Qüvvələri və Hava
Hücumundan Müdafiə Qüvvələrinin verdiyi itkilərdən gedir.
ABŞ liviyalıları bir-birinə qırdırır. Bu dəfə növdə Qəddafi qüvvələrinindir. Sabah isə həmişəki kimi...
Elvin Babayev
O.M.