Uruquvayda denqe qızdırmasından 14 nəfər öldü

Uruquvayda denqe qızdırmasından 14 nəfər öldü

15 Fevral 2020 09:50
Bəyəndim (1) Bəyənmədim (0)

Bu il Uruquvayda denqe qızdırması xəstəliyindən 14 nəfər ölüb.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, ölkə vətəndaşlarının virusa yoluxmasının qarşısını almaq üçün tədbirlər planı hazırlanıb və həmin sahədə fəaliyyət gücləndirilib.

Əhaliyə su saxlanılan yerlərin həftədə iki dəfə xlorla təmizləmək, həmçinin virus daşıyan ağcaqanadların çoxalmasının qarşısını almaq üçün qabları su ilə dolu saxlamaq qadağan edilib.

Denqe qızdırması, tropik və subtropik bölgələrdə üstünlük təşkil edən virus infeksiyasıdır. Onun simptomları qızdırma, ürək bulanması, baş və bel ağrısıdır. Ağırlamış halda daxili qanaxma baş verir.

Oxuməni.az