Bakıda külək binanın damını belə uçurdu+VİDEO

Bakıda külək binanın damını belə uçurdu+VİDEO

10 Fevral 2020 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Bakıda qeydə alınan güclü külək Xətai rayonu ərazisində binanın damını uçurub.

Oxuməni.az News24.az-a istinadən xəbər verir ki, Nargilə kafesindən Əhmədli istiqamətində gedən yolun kənarında yerləşən binanın damı bütövlükdə uçaraq yola düşüb. Hadisə oradan keçən avtomobillərdən birinin kamerası vasitəsilə anbaan lentə alınıb.

Xoşbəxtlikdən uçan damın altında heç kim qalmayıb. Hadisə ətrafda böyük təşviş yaradıb.

Hadisənin görüntüsünü təqdim edirik.

Oxuməni.az