Nərimanovda "Lexus" dəhşətli qəza törətdi

Nərimanovda "Lexus" dəhşətli qəza törətdi

10 Fevral 2020 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az xəbər verir ki, dünən saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi "Lexus" markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Oxuməni.az