Milli Məclisdən təkzib:  Bu xəbər həqiqətə uyğun deyil

Milli Məclisdən təkzib: Bu xəbər həqiqətə uyğun deyil

9 Fevral 2020 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən Oxuməni.az-a verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.

Oxuməni.az