Ölümlə nəticələnən yol qəzası baş verib

Ölümlə nəticələnən yol qəzası baş verib

5 Fevral 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Oxuməni.az-a verilən xəbərə görə, fevralın 4-də saat 6 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədaqət Əfəndiyevanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxuməni.az