Amerikalı senat Liviyaya gəlib

Amerikalı senat Liviyaya gəlib

22 Aprel 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Associated Press" informasiya agentliyinin verdiyi məlumata görə, amerikalı senator Con Makkeyn Liviyanın Benqazi şəhərinə gəlib. O, üsyançılarla görüşdə əsgərlərə "qəhrəmanlarım" deyə müraciət edib.


Görüş zamanı müxalif qüvvələrin əsgərləri "müstəqil Liviya" , "Qəddafi getsin", "sağ ol, Amerika", "sağ ol, Obama" şüarlarını səsləndirərək ABŞ hökumətinə təşəkkürlərini bildiriblər.


Con Makkeyn Benqazidə üsyançıların Milli Keçid Şurası ilə də görüşlər keçirib. Görüşdə Liviyadakı vəziyyət, hərbi əməliyyatlara dəstək, əhalinin problemləri və s. müzakirə olunub.


Qeyd edək ki, Makkeynin səfəri ABŞ-ın Liviyaya pilotsuz təyyarə göndərmək qərarından dərhal sonra baş tutub.


Artıq neftin qoxusunu alan ABŞ Liviya alovuna neft tökməklə məşğuldur...


Elvin Babayev


O.M.