"Əl Qaidə" və "Hizbullah" 9.4 milyard dollar cəza aldı

"Əl Qaidə" və "Hizbullah" 9.4 milyard dollar cəza aldı

28 Mart 2012 14:03
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ məhkəməsi yerli sığorta şirkətlərinin xeyrinə qərar çıxardı

ABŞ-ın Manhetten məhkəməsinin hakimi Corc Daniels "Hizbullah" və "Əl Qaidə" təşkilatlarını ümumən 9.4 milyard dollar məbləğində cəzalandırıb. Həmin məbləğ ABŞ sığortaçılarına ödəniləcək.

Qeyd edək ki, hələ 2006-cı ildə "Chubb Corp" başda olmaqla amerikan sığorta şirkətləri 11 sentyabr terror hadisələrinə görə "Əl Qaidə" və "Hizbullah" təşkilatlarını məhkəməyə verib. Bu zaman "Əl Qaidə" və "Hizbullah" iddia ərizəsindən apellyasiya şikayəti verməyib. Məhz bunu əsas gətirərək Manhetten məhkəməsi məlum qərarı verib. "Chubb Corp"-un vəkili Şin Karter isə öz növbəsində qərardan razı qaldıqlarını bildirib: "Bilirik ki, adıçəkilən təşkilatlar məhkəmənin hökmünü icra etməkdən boyun qaçıracaqlar. Lakin onların dünya banklarında olan hesabları qərarın icrasını təmin edəcək."

Məhkəmənin qərarı heç kimi terrordan sığorta edə bilməz...

Murad Şahməmmədov

O.M.