Cəbhə xəttində atəşkəs pozuldu

Cəbhə xəttində atəşkəs pozuldu

27 Mart 2012 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 26-da saat 11.10-dan 11.15-dək, martın 27-də saat 00.30-dan 00.40-dək, 02.40-dan 02.45-dək və 02.20-dən 02.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərini, saat 02.55-dən 03.10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.40-dan 05.50-dək, 05.45-dən 05.50-dək və 05.50-dən 06.00-dək Füzuli rayonunun Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.