ABŞ Gürcüstana 90 milyon dollar ayıracaq
ABŞ Gürcüstanda demokratik proseslərin dəstəklənməsinə 90 milyon dollar ayırır.
"Novosti-Qruziya" agentliyinin verdiyi məlumata görə, Birləşmiş Ştatların Tbilisidəki səfiri Con Bass məbləğin 4 il ərzində hissə-hissə köçürüləcəyini bildirib.
Son 10 ildə Vaşinqtonun Gürcüstana demokratik islahatlara dəstək məqsədilə 200 milyon dollar ayırdığını xatırladan diplomat yalnız son 4 ildə bu məbləğin 110 milyon dollar olduğunu söyləyib.
ABŞ-da kəskin büdcə böhranı yaşanır. Amma onlar pullarını siyasi ambisiyaları üçün xərcləyirlər...
Elvin Babayev
O.M.
Digər xəbərlər