Çilidə yüzlərlə ailə evsiz qaldı + Video

Çilidə yüzlərlə ailə evsiz qaldı + Video

27 Dekabr 2019 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Çilinin Valparaiso şəhərində yanğın 150-dən çox evi məhv edib. Oxumeni.az-ın “MİR 24”ə istinadən məlumatına görə, Milad bayramı günlərində yüzlərlə ailə evsiz-eşiksiz qalıb.

Alov şəhər kənarındakı meşədə yaranıb, daha sonra yaşayış məntəqələrinə keçib. İnsanlar evlərindən özləri ilə apara biləcək əşyaları və ev heyvanlarını götürüb ərazini tərk ediblər.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Valparaiso Çilinin ən qədim liman şəhərlərindəndir. Bura turistlər tərəfindən ən çox ziyarət olunan şəhərlərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)