Avtobus qəzası nəticəsində 22 nəfər həlak olub
Qvatemalanın Sakapa departamentində sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 22 nəfər həlak olub.
Oxumeni.az Prensa Libre nəşrinə istinadla xəbər verir ki, qəza qurbanları arasında səkkiz yeniyetmə də var. Qvatemala prokurorluğunun məlumatına görə, hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.
Ölkə Prezidenti Cimmi Morales həlak olanların ailələrinə başsağlığı verib, zərər çəkənlərə bütün zəruri yardım göstəriləcəyini bildirib.
İlkin məlumata əsasən, yük maşınının sürücüsü idarəetməni itirərək içərisində 55 nəfərdən çox sərnişinin olduğu avtobusa çırpılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər













































.jpg)
.jpg)






.jpg)





















.jpg)


















