Barselonada “El Klasiko” zamanı ara qarışdı - Video

Barselonada “El Klasiko” zamanı ara qarışdı - Video

19 Dekabr 2019 11:38
Bəyəndim (1) Bəyənmədim (0)

Barselonada "Nou Kamp" stadionunda “Real”-“Barselona” matçı zamanı kataloniyalı radikallarla polis arasında toqquşma olub.

Oxumeni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, stadionun yaxınlığında zibil qablarından və yol nişanlarından barrikada quran radikallar polisə banka, butulka atmağa başlayıblar. Dəyənəklərdən və rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə edən polis bir nəfəri saxlayıb.

Daha əvvəl də Kataloniyanın müstəqilliyini müdafiə edən “Demokratik sunami” hərəkatının çağırışı ilə stadionun yaxınlığına minlərlə etirazçı toplaşmışdı. Bu dəfə onlar iki məşhur komandanın bütün dünyada yayımlanan oyunu zamanı beynəlxalq cəmiyyətin diqqətini “Kataloniya problemi”nə cəlb etmək üçün bu addımı atıblar. Etirazçılar tribunalarda ingilis dilində yazılmış “İspaniya, otur və danış”, “Azadlıq” şüarları yazılmış plakatları nümayiş etdiriblər.

Xatırladaq ki, “Real”-“Barselona” matçı hələ oktyabrın 26-da baş tutmalı olsa da, kütləvi etirazlar səbəbindən təxirə salınmışdı.

Etirazlara İspaniya Ali Məhkəməsinin 2017-ci ildə müstəqillik haqqında qanunsuz referendum keçirməyə cəhd edən kataloniyalı siyasətçiləri 13 ilədək həbsə məhkum etməsi səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)