Tornado nəticəsində azı dörd nəfər həyatını itirib

Tornado nəticəsində azı dörd nəfər həyatını itirib

18 Dekabr 2019 16:09
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın cənub-şərqində tornado və onun gətirdiyi güclü ildırım cəbhəsi səbəbindən azı dörd nəfər həlak olub, 10 nəfərdən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Oxumeni.az NBC telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, ölüm halları Kentuki, Luiziana və Alabama ştatlarında qeydə alınıb. Missisipi ştatında təbii fəlakətdən 25 yaşayış məntəqəsinin və 150 evin zərər çəkdiyi, 15 min evə və iş yerinə elektrik enerjisi verilmədiyi bildirilir. Şaxtalı hava elektrik kəsintilərinin aradan qaldırılmasını çətinləşdirir.

Dekabrın 16 və 17-də ABŞ-ın cənub-şərq regionları azı 20 tornadonun təsirinə məruz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az