Media Hüquqları İnstitutu məhkəmələri tənqid etdi

Media Hüquqları İnstitutu məhkəmələri tənqid etdi

16 Mart 2012 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Media Hüquqları İnstitutu (MHİ) martın 16-da ATƏT-in Bakı ofisi ilə birgə Azərbaycan mediası və jurnalistlərə qarşı məhkəmə işləri ilə bağlı dəyirmi masa keçirib. MHİ rəhbəri Rəşid Hacılı bildirib ki, ölkə məhkəmələri insanlara normal müdafiə imkanları, həmçinin söz azadlığını qorumaq imkanları yaratmır: "Xüsusilə son dövrlərdə qəzetlərə qarşı, konkret olaraq "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə qarşı çoxsaylı məhkəmə çəkişmələri, məhkəmə iddiaları baş verib. Son vaxtlar "Xural"a qarşı çoxsaylı iddialar olmuşdu".

Diffamasiya Haqqında Qanundan söz açan R.Hacılı bildirib ki, qanunla bağlı hökumət tərəfindən ciddi irəliləyişlər olub. O, ölkədəki jurnalist təşkilatları tərəfindən bununla bağlı hökumətə bir neçə layihə təqdim olunduğunu da xatırladıb.

O.M.