Fukuşima robotun gözü ilə

Fukuşima robotun gözü ilə

22 Aprel 2011 12:36
Bəyəndim (0) Bəyənmədim (0)


11 martda Yaponiyanı vuran sunami və silkələyən zəlzələdən sonra ilk dəfə olaraq Fukuşima nüvə stansiyası görüntüləndi. Amerikanın bölgəyə göndərdiyi ağıllı "T-Havk" robotu sayəsində stansiyanın nə dərəcədə zərər gördüyü aydınlaşdı. Maddi ziyanı dəyərləndirmək üçün vəzifə başına keçən robotun görüntülərində uçulmuş divarlar, darmadağın olmuş betonlar diqqət çəkib.


Tam adı "RQ-16 T-Havk" olan robot Əfqanıstan və İraq kimi ölkələrdə də "qulluq edib". Belə ki, onun əsas vəzifəsi yol kənarındakı bombaları təsirsiz hala gətirmək olub. "Honeyvell" şirkəti tərəfindən hazırlanan bu texnikanı uzaqdan idarə etmək mümkündür.


Yaponiyada hərənin öz funksiyası var. Təbiət dağıdır, robot göstərir, insan isə əziyyət çəkir.


Günel Həbib


O.M.