ABŞ-da təyyarə qəzaya uğradı, 9 nəfər öldü
ABŞ-ın Cənubi Dakota ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində doqquz nəfər həyatını itirib. Oxumeni.az-ın məlumatına görə, bu barədə “KSFY” xəbər verib.
Hava gəmisinin Çemberlen şəhərinin cənubunda yerləşən kəndin ərazisində qəzaya uğradığı qeyd olunur. Təyyarə Aydaho ştatına uçurmuş.
Göyərtədə, pilot daxil olmaqla, 12 nəfər olub. Aviaqəzanın səbəbləri müəyyən edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər