İranın nüvə sınaqlarının məxfi yeri tapıldı

İranın nüvə sınaqlarının məxfi yeri tapıldı

14 Mart 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
MAQATE ekspertlərinin həmin məkana səfərinin qarşısı ciddi cəhdlə alınır

Dünən ABŞ-ın nüvə silahlarının yayılmaması məsələləri üzrə eksperti sensasion bir bəyanat verib. Belə ki, o, İranın Parçın hərbi obyektində nüvə sınaqlarının keçirilməsi üçün nəzərdə tutulan məxfi məkanı tapdığını iddia edir. Qeyd edək ki, indiyə qədər rəsmi Tehran MAQATE ekspertlərinin həmin məkana gəlişinin qarşısımı ciddi cəhdlə alıb. Devid Olbrayt adlı mütəxəssisin dediklərinə inansaq, görərik ki, MAQATE-nin 2011-ci il noyabr hesabatında məhz həmin obyekt nəzərdə tutulub.

Məkanda yerləşən məxfi bina perimetr üzrə əlavə təhlükəsizlik divarı ilə qorunur. Həmçinin adıçəkilən bina ilə digər tikililər arasında qum təpələri diqqəti cəlb edir. Kompleks Parçin hərbi bazasından 4 km aralıda yerləşir.

Xatırladaq ki, 2005-ci ildə MAQATE ekspertləri İran rəsmilərinin razılığı ilə hərbi bazada təhqiqat aparıblar. Lakin 4 km məsafədə yerləşən digər tikililərdə heç bir beynəlxalq ekspert olmayıb.

O.M.