Günün havası

Günün havası

12 Mart 2012 00:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında sabah da havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.Bu barədə bazar günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.

Paytaxtda və yarımadada mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 13-nə kimi davam edəcək. Ölkənin regionlarında sulu qar, qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Günel Həbib