Bazar günü fasilələrlə yağacaq qar sulu qara çevriləcək

Bazar günü fasilələrlə yağacaq qar sulu qara çevriləcək

10 Mart 2012 20:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, paytaxtda sabah fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək, havanın hərarəti gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Həftənin son günündə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Bu gün axşam saatlarında və sabah bölgələrdə havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə təşkil edəcək.

O.M.