"Aydın Sabah İctimai Birliyi" gənclərə virtual dəvətnamə göndərdi

"Aydın Sabah İctimai Birliyi" gənclərə virtual dəvətnamə göndərdi

10 Mart 2012 19:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bir qrup gəncin təsis etdiyi "Aydın Sabah İctimai Birliyi" təşkilatı da digər QHT-lər kimi "Novruz" bayramına ciddi hazırlaşır. Gənclər bu dəfə xeyriyyə aksiyası keçirməyi planlaşdırıblar. "Aydın Sabah İctimai Birliyi"nin məlumatına görə, təşkilat üzvləri bu günlərdə uşaq evlərinin birində xeyriyyə tədbiri keçirəcəklər. Onlar 14 mart tarixində saat 12:00-da 3 saylı uşaq evində təşkil olunacaq "Bir Parça Təbəssüm" adlı "Novruz" şənliyinə hər kəsi dəvət edirlər.

Məlumatda o da bildirilir ki, tədbirdə tanınmış reperler, Dj-lər, meyxana ustaları, incəsənət xadimləri və hərəkata qoşulan sadə vətəndaşlar iştirak edəcəklər.

Xatırladaq ki, "Aydın Sabah İctimai Birliyi" qeyri hökumət təşkilatı 1 Yanvar 2012-ci il tarixində bir qrup gənclər tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi gənclər arasında mənəvi dəyərlərin təbliği, gənclərin ictimai fəallığının artırılması, maarifləndirilməsi və onların hüquqlarının müdafiə olunmasıdır.

O.M.