Tatlıses açıqlama verib

Tatlıses açıqlama verib

22 Aprel 2011 11:43
Bəyəndim (0) Bəyənmədim (0)


Tatlıses millət vəkilliyinə namizədliyini geri çəkib


Türkiyədə bu yay keçiriləcək parlament seçkilərində hakim partiya AKP-dən deputatlığa namizəd olmaq istəyən, ancaq baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən namizəd göstərilmədiyi üçün Şanlı Urfadan müstəqil namizəd olan tanınmış müğənni İbrahim Tatlısəs bu barədə açıqlama yayıb.

Türkiyənin "Vatan" qəzetinin verdiyi məlumata görə, bir ay əvvəl başından ağır güllə yarası alan və hazırda müalicə prosesi davam edən İbrahim Tatlıses səhhətindəki problemləri səbəb göstərərək namizədlikdən geri çəkilib.


Açıqlamasında müğənni bildirib ki, səhhətindəki problemlər səbəbindən ölkəsinə və xalqına lazımi xidmətlər göstərə biləcəyinə əmin olmadığı üçün millət vəkilliyinə namizədlikdən geri çəkilir.


Daha sonra o, "Türkiyə Respublikasının vətəndaşı olaraq söz verirəm ki, sağlamlığıma qovuşduqdan sonra yenidən millət vəkili olmaq üçün cəhd göstərəcəyəm. Böyük hörmət bəslədiyim Rəcəb Təyyib Ərdoğana isə seçkilərdə uğurlar arzulayıram. Məni yalnız buraxmayan həmvətənlərimə də dərin minnətdarlığımı və sevgilərimi göndərirəm" deyib.



Parlamentdə səs verməkdənsə səsini xalq yolunda istifadə etmək doğru olardı...

Elvin Babayev


O.M.