Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu prezident İlham Əliyevə müraciət edib

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu prezident İlham Əliyevə müraciət edib

9 Mart 2012 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə hüquq müdafiə təşkilatının təmsil olunduğu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu prezident İlham Əliyevə müraciət edib. Qrupun üzvü olan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun məlumatına görə, müraciət Novruz bayramı öncəsi əfv sərəncamının imzalanması təklifi ilə bağlıdır: "Biz İctimai Palatanın ötən ilin aprel ayında keçirdiyi aksiyalar zamanı saxlanılan şəxslərin, həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev və digər şəxslərin də əfv olunmasını istəyirik".

N.Cəfəroğlu bu gün əfv məsələləri ilə bağlı Prezident Administrasiyasında görüş olacağını və bir neçə hüquq müdafiəçinin də həmin görüşdə iştirak edəcəklərini deyib.

O.M.