İran parlamenti siğəni qanuniləşdirdi

İran parlamenti siğəni qanuniləşdirdi

8 Mart 2012 13:39
Bəyəndim (0) Bəyənmədim (0)
İndən belə İranda şifahi razılıq əsasında kişi istədiyi qadınla müvəqqəti nikaha girə biləcək

İndən belə İranda şifahi razılıq əsasında kişi istədiyi qadınla müvəqqəti nikaha girə biləcək. Ərəbdilli "Əlaf" qəzetinə istinadən İnterfax-ın yaydığı məlumata görə, yeni qanunu İranın parlamenti qəbul edib. Qanun cəmiyyətdə birmənalı qarşılanmayıb. Millət vəkili Səttar Xudayatın fikrincə, bu, İran ənənələrindən uzaqlaşmaq deməkdir: "Daha bizimlə Qərb kişiləri arasında fərq qalmayıb. İstənilən kişi nikah müqaviləsi olmadan cinsi istəklərini ödəyə biləcək. Bir saatdan bir neçə ilə qədər uzanan siğə nikahları cəmiyyətin mənəviyyatına zərbə vuracaq".

Sən demə, 8 martda kişilərə də "hədiyyə" verilirmiş...

Murad Şahməmmədov

O.M.