Bakı şəhər Dövlət Yol Polisi əməkdaşları 8 martda qadın sürücülərə hədiyyə paylayacaq

Bakı şəhər Dövlət Yol Polisi əməkdaşları 8 martda qadın sürücülərə hədiyyə paylayacaq

7 Mart 2012 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun məlumatına görə, sabah 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə yol polisi Bakıda qadın sürücülərə bayram hədiyyəsi hazırlayıb. Qadın sürücülərə ediləcək hədiyyənin sürpriz olduğunu qeyd edən Vaqif Əsədov bu sürprizin sabah açıqlanacağını bildirib və bütün KİV nümayəndələrini bu tədbirə dəvət edib: "Bir daha Azərbaycan qadınlarını təbrik edir, bütün qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza isə nənə olmağı arzulayıram".

O.M.