"Gözlərini oyaram!"

"Gözlərini oyaram!"

7 Mart 2012 12:25
Bəyəndim (0) Bəyənmədim (0)
Karla Bruni redaksiyanı darmadağın edəcəyi ilə hədələdi

Fransada först-ledi Karla Bruninin gerçək üzünü göstərən kitab işıq üzü gördü. Kristof Barbiyerin kitabında Karlanın sevgi həyatından yazan "Le Parisien" qəzeti bu günlərdə çətin günlərini yaşayır. Reytinq naminə atdığı bu addımın qarşılığında nəinki Bruni tərəfdarları, eləcə də ledinin özü redaksiyaya zəng edərək, "Növbəti sayınızda məndən üzr istəməsəniz, oraya först-ledi kimi deyil, bir italyan qadını kimi gələcəm və sizin gözünüzü oyacam!", - deyə vulkan təki püskürüb. Görək bu vulkanın lavalarını soyutmağa qəzet təşəbbüs göstərəcəkmi?

Sevgi azad olduğu kimi mətbuat da azad olmalıdır...

Günel Həbib

O.M.