Suriyada fövqəladə vəziyyət rejiminə son qoyulacaq

Suriyada fövqəladə vəziyyət rejiminə son qoyulacaq

22 Aprel 2011 10:40
Bəyəndim (0) Bəyənmədim (0)
Müxalifət isə bundan narazıdır

Suriyada bir aydır davam edən nümayişlərdən sonra ölkədə fövqəladə vəziyyət rejimi ləğv edilib.


Ancaq 1963-cü ildən bəri davam edən fövqəladə vəziyyətin ləğv edilməsi də etirazçıları razı salmayıb. Yeri gəlmişkən, fövqəladə vəziyyətin ləğv edilməsindən dərhal sonra müxalifət liderlərindən Mahnud İsanın həbs edildiyi xəbəri yayılıb.


Suriya rəsmi agentliyinin xəbərinə görə, Nazirlər Kabineti nümayişlərə mane olan, həbslərin və telefon danışıqlarını dinləməyin yolunu açan fövqəladə vəziyyət rejiminin ləğvini təsdiqləyən qanunu qəbul edib.


Yeni qanun Suriya prezidenti Bəşər Əsədin imzasından sonra qüvvəyə minəcək.


Belə getsə, qanunu başqası imzalamalı olacaq...


Elvin Babayev


O.M.