Moskva mitinqlərində terror hazırlayan şəxs tutuldu

Moskva mitinqlərində terror hazırlayan şəxs tutuldu

5 Mart 2012 17:18
Bəyəndim (0) Bəyənmədim (0)
Terrorçu 05-06 mart günü əldəqayırma partlayıcı qurğunu məsafədən işə salacaqmış

Rusiya Daxili İşlər Nazirliyi Podmoskovnaya Baş İdarəsinin əməkdaşları əldəqayırma partlayıcı qurğular düzəldən və bu qurğularla 05-06 martda Moskva mitinqlərində terror aktları törətməyə hazırlaşan şəxsləri tutub.

İnterfax-ın məlumatına görə, bu xəbəri Baş İdarənin rəsmisi Yevgeniy Qildeyev verib. Y.Qildeyev bildirib ki, Çexov rayonu Cinayət-axtarış şöbəsinə Stolbovaya qəsəbəsinin bomba hazırlayan 21 yaşlı sakini barədə məlumat daxil olduqdan sonra əməliyyatçılar fəaliyyətə başlayıblar. Belə ki, qəsəbədə bir neçə gənc qanunsuz əsaslarla partlayıcı qurğular hazırlamaqla məşğul olurdu. Bu qurğular sonradan müştərilərə satılırdı. Fevral ayının sonlarında bir nəfər şübhəli şəxs onlardan məsafədən idarə edilən partlayıcı qurğu alıb. Söhbət zamanı həmin partlayıcını prezident seçkilərindən sonra Moskvanın Manej meydanındakı mitinqlər üçün əldə etdiyini bildirib.

Polislərin həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən şəxslər ələ keçirilərək istintaqa cəlb ediliblər.

Xatırladaq ki, terrorçu qurğunu 200 ABŞ dollarına almışdı.

Xalqı terror etməyə heç kimin haqqı yoxdur, nə dövlətin, nə də sadə vətəndaşın...

Murad Şahməmmədov

O.M.