Azərbaycan Silahlı Qüvvələrinə məxsus yük avtomobili minaya düşdü

Azərbaycan Silahlı Qüvvələrinə məxsus yük avtomobili minaya düşdü

5 Mart 2012 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə məxsus yük avtomobili minaya düşüb. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus yük avtomobilinin minaya düşməsi nəticəsində əsgər, Balakən Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Raduqa Abdulrəhimov ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.

O.M.