Məşhur kriminal avtoritet həbs olundu – Video

Məşhur kriminal avtoritet həbs olundu – Video

18 Sentyabr 2019 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun müddət axtarışda olan kriminal avtoritet Ermənistanda həbs olunub.

Oxumeni.az xəbər verir ki, Ermənistan polisi Vanadzor şəhərində keçirilən əməliyyatın video görüntüsünü yaysa da, həbs edilən şəxsin adı açıqlanmayıb.

Onun uzun müddətdir axtarışda olduğu və xarici ölkələrdən birindən geri qayıtdığı bildirilib. Saxlanılmış şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

“Oğru dünya”sının məşhur simalarından biri olduğu vurğulanan şəxs adam öldürmədə ittiham olunur.

Əməliyyatın video görüntüsünü təqdim edirik:

Oxumeni.az