VİDEO-Quba Rayon İcra Hakimiyyətinin başçısı yerli əhalidən üzr istəsə də, etiraz mitinqi davam edir

VİDEO-Quba Rayon İcra Hakimiyyətinin başçısı yerli əhalidən üzr istəsə də, etiraz mitinqi davam edir

1 Mart 2012 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Quba Rayon İcra Hakimiyyətinin (RİH) binası qarşısında etiraz aksiyası keçirilir. APA-nın məlumatına görə, aksiya iştirakçıları bir neçə gün əvvəl Quba RİH başçısı Rauf Həbibovun internetdə yayılan videosuna etiraz edirlər. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib. Etirazçıların əsas tələbi R.Həbibovun Quba RİH başçısı vəzifəsindən uzaqlaşdırılmasıdır.

Quba rayon icra hakimiyyətinin başçısı etiraz edən qubalıların qarşısına çıxıb. O, üzr istəyib, Qubanın və qubalıların ona əziz olduğunu bildirib. Buna baxmayaraq, etirazçılar dağılmayıblar. Onları dağıtmaq istəyən polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Əraziyə Daxili qoşunların əsgərləri cəlb olunub.

O.M.