Bağlı qapılar arxasında qalanlar xilas edilib

Bağlı qapılar arxasında qalanlar xilas edilib

9 Sentyabr 2019 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.

Oxuməni.az-ın verdiyi xəbərə gtörə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.