Cəbhə xəttində atəşkəs rejimi pozuldu

Cəbhə xəttində atəşkəs rejimi pozuldu

1 Mart 2012 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Ermənistan ordusunun bölmələri fevralın 29-da saat 19.05-dən 19.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.30-dan 19.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.50-dən 00.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 1-də saat 05.10-dan 05.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.